Bakı, 20 iyun, Ceyhun Rüstəmov, AZƏRTAC
İyunun 20-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən kişi oxatanların fərdi mübarizəsinə 1/32 mərhələdən start verilib.
AZƏRTAC xəbər verir ki, kişi oxatanların yarışında Azərbaycan təmsilçiləri də mübarizə aparıblar. İlk olaraq mübarizəyə qoşulan Aleksey Kopnin rusiyalı Bair Tsybekdorjiyevə 2:6 hesabı ilə uduzaraq mübarizəni yarıda dayandırıb.
Taras Senyuk (Azərbaycan) – Ceff Henkels (Lüksemburq) qarşılaşmasında isə 1/16 mərhələyə adlayan lüksemburqlu oxatan olub – 4:6.
Kamandan oxatma üzrə kişilər arasında fərdi mübarizədə sonuncu təmsilçimiz Roman Vengerov fransalı Lukas Daniel ilə üz-üzə gəlib. Sərrast atışlardan sonra Roman Vengerov 0:6 hesabı ilə rəqibinə uduzub.
İyunun 22-də kişilərin fərdi yarışlarının 1/16 mərhələsində aşağıdakı cütlüklər mübarizə aparacaqlar:
Johan Veiss (Danimarka) – Rick Van Der Ven (Niderland)
Bair Tsybekdorjiyev (Rusiya) – Markiyan İvaşko (Ukrayna)
Marek Szafran (Polşa) – Laşa Pxakadze (Gürcüstan)
Anton Prilepov (Belarus) – Baard Nestenq (Norveç)
Kristian Veiss (Almaniya) – Piere Plihon (Fransa)
Yagiz Yılmaz (Türkiyə) – Kieran Slater (Böyük Britaniya)
Viktor Ruban (Ukrayna) – Matija Mixaliç (Xorvatiya)
Sjef Van Den Berq (Niderland) – Yavor Xristov (Bolqarıstan)
Mitç Dielemans (Niderland) – Georgi İvanitsky (Ukrayna)
Devid Pasqualucci (İtaliya) – Ceff Henkels (Lüksemburq)
Robin Ramaekers (Belçika) – Miquel Qarsia Alvarino (İspaniya)
Florian Kahllund (Almaniya) – Antonio Fernandez (İspaniya)
Beliqto Tsyunquyev (Rusiya) – Lukas Daniel (Fransa)
Den Habjan Malavasiç (Slovakiya) – Juan İqnasio Rodriquez (İspaniya)
Slavomir Naploszek (Polşa) – Antti Tekoniemi (Finlandiya)
Rafal Vojtkoviak (Polşa) – Mauro Nespoli (İtaliya).