Azərbaycanda dəhşətli qəza: 5 ölü

Azərbaycanda dəhşətli qəza: 5 ölü
19:47 20 İyun 2015
256 Digər
Ölkə mətbuatı
A- A+

Qax rayonunda ağır yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Qax rayonunun girəcəyində baş verib.
 
10-UX-515 dövlət nömrə nişanlı "Niva" markalı avtomobil qarşıdan gələn 99-BS-466 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobili ilə toqquşub.
 
Nəticədə "Niva" markalı avtomobilin sürücüsü və 2 sərnişini,  "Mercedes" markalı avtomobildə isə 2 nəfər hadisə yerində ölüb.
 
Hadisə yerinə FHN-in Şəki və Qax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri və xilasediciləri cəlb edilib.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/351669.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR