Taha Akgül: Qızıl medalı qardaş ölkədə qazanmağım mənim üçün xüsusi önəm daşıyır

22:08 20 İyun 2015
60 Dünya
Ölkə mətbuatı
A- A+


İstanbul, 20 iyun, AZƏRTAC
Türkiyə ictimaiyyəti “Bakı-2015” ilk Avropa Oyunlarında qızıl medal qazanan güləşçi Taha Akgülün qələbəsini böyük sevinclə qarşılayıb. Anadolu Agentliyi, “NTV spor” televiziya kanalı, “Yeni şəfəq” qəzeti və digər informasiya mənbələri türkiyəli güləşçinin qələbəsini böyük idman zəfəri kimi təqdim edir.
Bakıda keçirilən ilk Avropa Oyunlarındakı böyük zəfərini bu vaxtadək qazandığı və gələcəkdə qazanacağı bütün qələbələrdən həmişə yüksək tutacağını bildirən güləşçi Türkiyə mətbuatına müsahibəsində deyib: “Qızıl medalı qardaş ölkədə qazanmağım mənim üçün xüsusi önəm daşıyır. Türkiyənin və Azərbaycanın bayraqlarını meydançada dalğalandırmağa söz vermişdim. Bu arzumu yerinə yetirdiyim üçün çox qürurlanıram. Sevinirəm ki, verdiyim sözə əməl edə bildim”.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Taha_Akgul_Qizil_medali_qardas_olkede_qazanmagim_menim_uchun_xususi_onem_dasiyir-865764

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR