Gəncədə yaş yarımlıq uşaq qətlə yetirilib

Gəncədə yaş yarımlıq uşaq qətlə yetirilib
23:49 20 İyun 2015
1046 Ölkə
Ölkə mətbuatı
A- A+

Gəncədə qətl hadisəsi baş verib.

 

Lent.az-ın xəbrinə görə, iki uşağın boğazı kəsilib.

 

Hadisə bu gün saat 17 radələrində şəhərin Ruzigar Qasımov küçəsində qeydə alınıb.

 

Həmin ünvanda yaşayan bir yaş yarımlıq körpə Ə. Y.-nin boğazı kəsilərək qətlə yetirilib. Eyni vaxtda onun qardaşı, 2013-cü il təvəllüdlü Ə.V.-nin da  boğazı kəsilib. Onu dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriblər.

 

Uşağın vəziyyətinin ağır olduğu bildirilir.

 

Hazırda şəhərin hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

 

 

Faktla bağlı cinayət işi acılıb, araşdırma aparılır.

 

Anspress isə Gəncə şəhər Polis İdarəsinə istinadən bildirib ki, hadisə zamanı ailənin 4 nəfər üzvü də evdə olub. Axşam saatlarında iki maskalı şəxs evə daxil olaraq 1 və 3 yaşlı uşaqların boğazını kəsib. Onlar evdən heç nə götürməyiblər.

 

Yerli sakinlərin bildirdiyinə görə, ailə radikal dini təriqətin üzvü olub.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/206481

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR