Bakı, 21 iyun, AZƏRTAC
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı nüfuzlu teatr festivalına dəvət alıb.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, noyabrın 8-dən 14-dək Çinin Fujian əyalətində ənənəvi Asiya Sənət Festivalı çərçivəsində 14-cü beynəlxalq kukla və kölgə festivalı keçiriləcək. Azərbaycan Dövlət Kukla Teatrının da təmsil olunacağı festivalda hər teatr kollektivi 3-4 tamaşa və kukla oyunu səhnəciyi ilə iştirak edə bilər.