Azərbaycanın "Bakı 2015" rekordu (FOTO)

Azərbaycanın "Bakı 2015" rekordu (FOTO)
10:36 21 İyun 2015
104 İdman
Ölkə mətbuatı
A- A+

Bakı-2015 I Avropa Oyunlarında ümumi medalların sayına görə ikinci yerdə qərarlaşan Azərbaycan şəxsi göstəricidə birincidir.

ANS PRESS-in məlumatına görə, azərbaycanlı gimnast Oleq Stepko qazandığı medalların sayına görə rekordçudur. 5 mükafata sahiblənən 21 yaşlı təmsilçimiz, yarışlarda hələlik ən çox medal qazanan atlet olub.

1 qızıl, 2 gümüş, 2 bürünc əldə edən Oleq paralel qollarda 1-ci, fərdi çoxnövçülük və gimnastika atında 2-ci, komanda yarışları və dayaqla tullanmada 3-cü yeri tutub.

Avropa Oyunlarında ən çox medal qazanan idmançıların siyahısına başçılıq edən təmsilçimiz hesabında 4 mükafat olan idmançılarını geridə qoyub.

Bunlardan 3-ü Rusiya idmançıları Aliyə Mustafina, Culiya Steynqruber, Nikita İqnatyev və Hollandiya idmançısı Lieke Veversdir.

Qeyd edək ki, medalların sayına görə ilk beşlikdə olan idmançılar bu nəticələri idman gimnastikasında göstəriblər.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=352190

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR