İnsanların yaşadığı həyat tərzini dəyişməsi çətin, bəzən isə qeyri-mümkün olur. Çünki sahib olduqları rahatlığa, şəraitə öyrəşirlər və bunu əldən vermək istəmirlər.

Lakin bəzən bunun əksini də görmək olur. ANS PRESS-in məlumatına görə, Kambocada bir qız 8 yaşında ikən meşədə itib. O, yeni həyatına öyrəşə və sağ qala bilib. Nəhayət 18 ildən sonra qız tapılanda ümumiyyətlə danışa bilmirdi və 4 ayaq üzərində gəzirdi. Lakin qız insanlarla cəmi 3 il yaşaya bilib. 3 ildən sonra o, yenidən meşəyə qayıdıb.

Meşədə böyüyən, quş kimi civildəyən uşaqlar (FOTO)

Meşədə böyüyən, quş kimi civildəyən uşaqlar (FOTO)

Meşədə böyüyən, quş kimi civildəyən uşaqlar (FOTO)

Meşədə böyüyən, quş kimi civildəyən uşaqlar (FOTO)

Uqandada isə 4 yaşlı bir uşağın atası anasını döyərək öldürüb. Bunu görən uşaq qorxusundan meşəyə qaçıb. İllər sonra tapılaraq uşaq evinə yerləşdirilib. Orada ona danışmağı, hətta mahnı oxumağı da öyrədiblər.

Meşədə böyüyən, quş kimi civildəyən uşaqlar (FOTO)

Meşədə böyüyən, quş kimi civildəyən uşaqlar (FOTO)

Fransada da Viktor adlı uşaq kiçik yaşlarından evdən qaçır. Bir müddət sonra tapılsa da yenidən qaçır. Viktor illər sonra tapılanda danışa bilmirdi. Sadəcə xırıltılı səslər çıxarırdı. Onunla nə qədər məşğul olsalar da, uşağa danışmağı öyrədə bilməyiblər. O sadəcə bir neçə kəlmə deməyi və əmrləri yerinə yetirməyi öyrənib. Həmin adam 1828-ci ildə ölüb.

Meşədə böyüyən, quş kimi civildəyən uşaqlar (FOTO)

Meşədə böyüyən, quş kimi civildəyən uşaqlar (FOTO)

Rusiyada isə 31 yaşlı bir qadın öz oğlunu quş kimi böyüdüb, ona "quş dili"ni öyrətməyə çalışıb. Uşaq 7 yaşında olarkən tapılanda danışa bilmir, qollarını isə qanad kimi yelləyirdi. Belə ki, həkimlər onunla danışmaq istəyəndə uşaq quş kimi civildəməyə başlayıb. Bundan sonra uşağı anasından alaraq bir tibbi mərkəzə yerləşdiriblər.

Meşədə böyüyən, quş kimi civildəyən uşaqlar (FOTO)

Meşədə böyüyən, quş kimi civildəyən uşaqlar (FOTO)

Mənbə
ANS PRESS