Bakı, 21 iyun, T.Ağayeva, Ü.Əhmədova, AZƏRTAC
İyunun 21-də birinci Avropa Oyunları çərçivəsində Bakı Su İdmanı Sarayında su idmanı üzrə üç metrlik tramplindən və platformadan tullanma yarışları keçirilib.
AZƏRTAC xəbər verir ki, qadınlar arasında üç metr hündürlüyündə tramplindən suya tullanma yarışlarının ilkin mərhələsində 28 idmançı mübarizə aparıb. Bu mərhələdə 12 idmançı finala vəsiqə qazanıb. İlk üçlükdə Böyük Britaniya atletləri Katerina Torrens (431.15), Lidiya Rosental (427.25) və Rusiya idmançısı Mariya Polikova (426.45) qərarlaşıb.
Yarışda Azərbaycanı təmsil edən Olqa Bıkovskaya 328.15 xalla 26-cı pillədə yer alaraq mübarizəni dayandırıb.
Qadınlar arasında üç metr hündürlüyündə tramplindən suya tullanma yarışının final mərhələsində Almaniya, Xorvatiya, İtaliya, Polşa, İsveç, Rusiya, İrlandiya, Ukrayna, Böyük Britaniya idmançıları mübarizə aparıblar. Yarışda qızıl medalı britaniyalı Katerina Torrens (448.25) qazanıb. Gümüş medalı rusiyalı idmançı Yekaterina Nekrasova (443.05), bürünc medalı isə almaniyalı Saskia Oettinqhaus (418.35) əldə edib.
Kişilər arasında platformadan suya tullanma yarışlarında 20 atlet bacarığını nümayiş etdirib. Təmsilçimiz Artyom Danilov 407.45 xalla 10-cu pillədə qərarlaşaraq finala yüksəlib. Yarışın ilkin mərhələsində 12 idmançı finala vəsiqə qazanıb. İlk üçlükdə rusiyalı atletlər Nikita Şleyxe (520.65), Boris Yefremov (483.15) və britaniyalı idmançı Li Metyu (514.45) yer alıb.
Final mərhələsində Azərbaycan, Türkiyə, Almaniya, Rusiya, Ukrayna, Böyük Britaniya, İtaliya, Fransa, Bolqarıstan, Belarus idmançıları mübarizə aparıblar.
Həlledici mərhələdə qızıl medala Böyük Britaniya təmsilçisi Li Metyu (588.25) sahib olub. Gümüş medala rusiyalı Nikita Şleyxe (556.55), bürünc medala isə fransalı Aleksis Jandard (526.20) layiq görülüb.
Azərbaycan idmançısı Artyom Danilov yarışı 438.25 xalla səkkizinci pillədə başa vurub.
Suya tullanma yarışının sonuncu günündə britaniyalı atletlər çempionluğa seviniblər