Səhiyyə Nazirliyi: Azərbaycanda xeyli sayda yararsız və istifadə müddəti bitmiş dərman preparatları aşkarlanıb

16:12 21 Yanvar 2015
346 Digər
Ölkə mətbuatı
A- A+

[ 21 Yanvar 2015 16:09 ]

Bakı. Könül Kamilqızı - APA. Səhiyyə Nazirliyi Azərbaycanda ötən il xeyli sayda yararsız dərman preparatları aşkarlayıb.

Nazirliyin Dərmanların Keyfiyyətinə Nəzarət şöbəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, 2014-cü ildə ölkədə keçirilən yoxlamalar nəticəsində yararlılıq haqqında analiz protokolu olmayan 1490 qutu, istifadə müddəti bitmiş 4 qutu dərman preparatları aşkar olunaraq müsadirə edilib.


Həmçinin şöbə tərəfindən keçirilən yoxlamalar zamanı 3 aptek təşkilatında apteklərdə resept təqdim edilməklə buraxılmalı olan dərman vasitələrinin reseptsiz buraxılması və ya yetkinlik yaşına çatmayanlara dərman vasitələrinin buraxılması qaydalarının pozulması faktı aşkarlanaraq aptek rəhbərlərinə İnzibati Xətalar Məcəlləsinin 230.1-ci
maddəsi ilə protokollar tərtib edilib. Bundan başqa, Səhiyyə Nazirliyinin qərarı
ilə açıq satışı qadağan edilmiş vərəm əleyhinə 1-ci qrup dərman preparatı olan “Streptomisin” dərman vasitəsinin və ölkədə dövlət qeydiyyatı olmayan bir sıra dərman
vasitələrinin satışını apardığına görə 1 aptek təşkilatının lisenziyasının fəaliyyəti
dayandırılıb.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/369831

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR