Azərbaycan, Bakı, 22 iyun /Trend/

Avropanın 7 nüfuzlu ölkəsinin peşəkar fotoqtraflarını özündə birləşdirən epa.eu saytında Bakıda I Avropa Oyunları çərçivəsində su polosu yarışlarından çəkilmiş fotosessiya yerləşdirilib.

Trend-in məlumatına əsasən, fotoşəkillərin müəllifi I Avropa Oyunlarını işıqlandırmaq üçün Bakıda olan fotoqtraf Sergey Doljenkodur.

Fotoqraf İspaniya komandası ilə mübarizədə qızıl medal qazanmış Serbiya nümayəndələrinin sevinc anlarını çəkib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az