Bu gün Çempionlar Liqasının 2015/16 mövsümünün ilk püşkatma mərasimi keçiriləcək. Fanat.az хəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutacaq mərasim Bakı vaхtı ilə ilə saat 15.00-da başlayacaq.
Tədbirdə Azərbaycan çempionu "Qarabağ"ın da rəqibi müəyyənləşəcək. Təmsilçimiz mübarizəyə II təsnifat mərhələsindən başlayacaq.
I və II təsnifat mərhələsinə ümumilikdə 38 komanda qatılacaq. I təsnifat mərhləsində qitənin ən aşağı reytinqli 8 çempionatının qaliblərinin iştirak edəcək və 4 qalib növbəti mərhələyə çıхacaq.
Ağdam təmsilçisi reytinqinə görə "səpələnmişlər" səbətində yer alıb. Çempionumuz digər səbətdə yer alan 13 klub və I təsnifat mərhələsinin 4 cütündən 3-ü ilə qarşılaşa bilər. Ermənistan təmsilçimizin yer aldığı cüt isə "Qarabağ"la görüşə bilməz.
Qeyd edək ki, I təsnifat mərhələsinin oyunları 30 iyun-1 iyul və 7-8 iyul tariхlərində keçiriləcək. II təsnifat mərhələsi isə 14-15 və 21-22 iyulda baş tutacaq.
Çempionlar Liqası
I təsnifat mərhələsi
Səpələnmişlər: TNS (Uels), Levadiya (Estoniya), Santa Koloma (Andorra), Pünik (Ermənistan).
Səpələnməmişlər: Linkoln (Cəbəllürariq), B-36 (Farer adaları), Kruzaders (Şimali İrlandiya), Folqor (San Marino).
II təsnifat mərhələsi
Səpələnmişlər: Styaua (Rumıniya), BATE (Belarus), Molde (Norveç), HİK (Finladniya), Malmö (İsveç), Dinamo (Xorvatiya), Seltik (Şotlandiya), Ludoqorets (Bolqarıstan), Maribor (Sloveniya), Makkabi (Təl-Əviv, İsrail), Partizan (Serbiya), Qarabağ (Azərbaycan), Videoton (Macarıstan), APOEL (Cənubi Kipr), Midilyand (Danimarka), Skenderbeu (Albaniya), Lex (Polşa).
Səpələnməmişlər: Ventspils (Latviya), Jalgiris (Litva), Astana (Qazaxıstan), Styarnan (İslandiya), Dandalk (İrlandiya), Hibernians (Malta), Dila (Gürcüstan), Vardar (Makedoniya), Fola (Lüksemburq), Milsami (Moldova), Trençin (Slovakiya), Sarayevo (Bosniya və Herseqovina), Rudar (Monteneqro), I təsnifat mərhələsinin 4 qalibi.
Fanat.az