[ 22 İyun 2015 13:47 ]


Bakı. Cavid Zeynallı – APA. Bakı Media Mərkəzi Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan haqqında növbəti video-çarx hazırlayıb.

Mərkəzdən APA-ya verilən məlumata görə, çarxda “Bakı-2015” Birinci Avropa Oyunlarının məşəlinin gəlişi ilə Azərbaycanın qədim, zəngin tarixi yenidən canlandırılıb.

Təşkilatçılar bildirib ki, Bakı Media Mərkəzinin təqdim etdiyi növbəti çarx Azərbaycanın müxtəlifliyi ilə seçilən gözəl məkanları, rəngarəng adət-ənənələri, qonaqpərvər insanları haqqındadır.

Video-çarxı bu linkdən izləmək olar:

https://www.youtube.com/watch?v=xLgIQ1sH8kI