[ 23 İyun 2015 14:51 ]


Bakı. Məlahət Nəcəfova-APA. İtaliyanın “fosnova.it” saytı I Avropa Oyunları ilə bağlı məqalə dərc edib.

APA-nın məlumatına görə, məqalədə iyunun 22-dən 28-nə qədər Qafqazın ən böyük şəhəri Bakıda beynəlxalq səviyyəli idman tədbirinin - Birinci Avropa Oyunlarının keçirildiyi bildirilir. Müəllif məqalədə əsas diqqəti bu oyunlarda iştirakçılar sırasında yeni idman növlərinin də olmasına, həmçinin Avropa Oyunlarının açılışının həyata keçirildiyi və hazırda bir sıra oyunların təşkil olunduğu Olimpiya Stadionunun texniki imkanlarına yönəldib: “Avropa Oyunlarının siyahısına salınmış sambo və çimərlik futbolu bu miqyaslı yarışlar üçün tamamilə yenidir. Olimpiya Stadionunun işıqlandırılması üçün seçilmiş son nəsil Astro projektorları vəzifəsinin öhdəsindən yüksək səviyyədə gəlir. Yüksək effektivliyə malik, enerjiyə və texniki xidmət xərclərinə qənaət edən bu qurğular arenanı keyfiyyətli işıqla təmin edir. Bu cür projektorlar telereportajların yüksək keyfiyyətini təmin edir”.