Prezident İlham Əliyev: “Biz bütün ölkələrin, o cümlədən Ukraynanın ərazi bütövlüyünü tanıyırıq”

18:32 21 Yanvar 2015
72 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 21 Yanvar 2015 18:29 ]

Berlin. Fuad Qulubəyli - APA. “Biz bütün ölkələrin, o cümlədən Ukraynanın ərazi bütövlüyünü tanıyırıq”.

APA-nın Azərbaycan prezidentinin Berlin səfərini izləyən xüsusi müxbirinin verdiyi məlumata görə, bunu prezident İlham Əliyev bu gün Almaniyanın federal kansleri Angela Merkellə görüşdən sonra keçirilən birgə brifinqdə deyib.

 

Dövlət başçısı qeyd edib ki, Azərbaycan BMT Baş Assambleyasında keçirilən səsvermədə də Ukraynanın ərazi bütövlüyünü açıq şəkildə dəstəkləyib: “Biz hesab edirik ki, bu, beynəlxalq hüququn əsas prinsipidir. Ölkələrin ərazi bütövlüyü ölkələrin razılığı olmadan dəyişdirilə bilməz. Əgər pozulubsa, əlbəttə ki, bərpa olunmalıdır”.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/369871

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR