Bakı, 23 iyun, AZƏRTAC
Cari ilin oktyabrında Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Akademik Milli Dram Teatrında Ramiz Novruzun 60 illik yubileyi ilə əlaqədar “Xanuma” tamaşasının nümayişi nəzərdə tutulur.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Avksenti Saqarelinin “Xanuma” pyesi əsasında hazırlanmış eyniadlı tamaşanın quruluşçu rejissoru Mikayıl Mikayılov, quruluşçu rəssamı Mustafa Mustafayevdir.
Tamaşada hadisələr XIX əsrdə Tiflisdə baş verir.