ANS PRESS-in məlumatına görə, ölkə başçısı bunu "terrorizmin simvolu" adlandırıb.
"Mən bura Volnovaxada vurulan avtobusun hissəsini gətirdim, bu terrorizmin simvoludur. Terrorizm - bu Ukraynanın və ya Avropanın problemi deyil, bu qlobal problemdir. Biz terrorizmin öhdəsindən gələcəyik, çünki biz vahidik", - deyə Poroşenko bildirib.
Qeyd edək ki, yanvarın 13-də Volnovaxa şəhəri yaxınlıqda Buqas blokpostunun yanında sərnişin avtobusu rusiyameyilli separatçıların atəşi altına düşüb. Hadisə zamanı 10 nəfər həlak olub, daha 18 nəfər yaralanıb.
Yaralılardan ikisi sonra xəstəxanada ölüb.
MənbəANS PRESS