Bakı, 24 iyun, İbrahim Əsədov, AZƏRTAC
İyunun 24-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) rəyasət heyətinin növbəti iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda AMEA-nın prezidenti, akademik Akif Əlizadə ölkəmizdə elmin, təhsilin inkişafına daim xüsusi önəm verildiyini vurğulayıb.
Akademik iclasın gündəliyində duran məsələlər barədə məlumat verib.
Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov “Elm və təhsilin innovativ inkişafı”, fizika fakültəsinin dekanı, professor Məhəmmədəli Ramazanov “Nanomateriallar istiqamətində aparılan tədqiqatlar, tətbiqlər və perspektivlər” mövzularında məruzələr ediblər.
Mövzular ətrafında geniş müzakirələr aparılıb, alimlərin fikirləri dinlənilib.
İclasda digər məsələlər də müzakirə olunub.