Bakı 2015 Avropa Oyunları çərçivəsində 16-19 İyun tarixlərində taekvondo üzrə yarışlar keçirilib.

Metbuat.az-ın məlumatına görə, oyunlar kişilər və qadınlar arasında hər biri ayrı-ayrılıqda dörd çəki kateqoriyası ilə keçirilib.

206 üzvü olan Dünya Taekvondo Federasiyası dünyanın ən böyük beynəlxalq federasiyalarından biridir. 50 milli taekvondo federasiyası Avropa Taekvondo İttifaqının üzvüdür.

Bakı 2015-də keçirilən taekvondo yarışları ilə bağlı əsas məlumatlarla tanış olun.

İştirakçıların sayı - Bakı 2015 Avropa Oyunlarında 127 taekvondoçu iştirak edib.

İştirakçı ölkələr - 37 Milli Olimpiya Komitəsi Bakıdakı taekvondo yarışlarında təmsil olunur.

Təsnifat - Bakı 2015-dəki bu yarışlar Rio 2016 üçün təsnifat imkanı verir.

Medallar – Bakıda 32 medal uğrunda mübarizə aparılıb. Onlardan səkkizi (dördü qadınlar, dördü kişilər) qızıl olub.

TİTULLU İDMANÇILAR

2015-ci il taekvondo üzrə Dünya Çempionatının 20 medalçısı Bakıda yarışıb. Dörd Olimpiya reytinq siyahısında yer alan 14 ən yaxşı idmançı Bakıdakı mübarizədə iştirak edib.

London 2012-ci il Olimpiya Oyunlarının 11 çempionu və medalçısı, habelə 2015-ci il Dünya Taekvondo Çempionatından 20 çempion və medalçı qatılıb.

İdmançılardan bəziləri bir neçə dəfə dünya çempionu adına layiq görülən medalçılar, bir neçəsi isə öz çəki kateqoriyalarını dəyişən idmançılardır. Onlardan bəzilərini təqdim edirik:

* Ceyd Cons (Böyük Britaniya) - London 2012 Olimpiya çempionudur

* Milika Mandiç (Serbiya) London 2012 Olimpiya çempionudur

* Coel Qonzalez Bonilla (İspaniya) London 2012 Olimpiya çempionudur

* Servet Tazegül (Türkiyə) – London 2012 Olimpiya çempionu, dünya çempionu, Avropa çempionudur

* Radik İsayev (Azərbaycan) - dünya çempionudur

MARAQLI

Xorvatiyadan olan taekvondoçu qızlar - Ana və Luçiya Zaninoviç bacıları əkizdirlər. Onlar yalnız eyni yarışlarda iştirak etmir, eləcə də, eyni yarışlarda qızıl medallara sahib olurlar. İyirmi yeddi yaşlı əkizlər Avropa çempionu, dünya medalçıları və 2012-ci il Olimpiyaçısıdırlar. Əkizlər tam dəqiqliklə eyni görünsələr də, onlar müxtəlif çəki dərəcələrində mübarizə aparırlar.

Yarışların favoriti olan tanınmış taekvondoçu Servet Tazegül yuxulu olduğu üçün polyak Karol Robaka uduzur. Nəticədə sürpriz finalçı Ayxan Tağızadə Robaka qalib gələrək çempion olur.

NƏTİCƏLƏR

Taekvondo yarış növü Azərbaycan idmançılarının üstünlük qazandığı yarılardan biri oldu. Azərbaycan idmançıları üçü qızıl olmaqla beş medal qazanaraq medal kürsüsünün birinci pilləsinə çıxdı.

MEDALLAR

Kişilər

-58 kq çəki dərəcəsi:

Rui Bragansa (Portuqaliya)- qızıl
Jesus Tortosa Kabrera (ispaniya) - gümüş
Si Mohamed Ketbi (Belçika)- bürünc
Levent Tuncat (Almaniya)- bürünc

-68 kq çəki dərəcəsi:

Ayxan Tağızadə (Azərbaycan) - qızıl
Karol Robak (Polşa) - gümüş
Aleksey Denisenko (Rusiya) - bürünc
Joel Bonilla Qonzales (İspaniya) - bürünc

-80 kq çəki dərəcəsi:

Milad Beigi Herçeqani (Azərbaycan)- qızıl
Albert Gaun (Rusiya) – gümüş
Julio Fereyra (Portuqaliya) – bürünc
Lutalo Muhammed (Böyük Britaniya) – bürünc

+80 kq çəki dərəcəsi:

Radik İsayev (Azərbaycan)- qızıl
Vladislav Larin (Rusiya) gümüş
Vedran Golec (Xorvatiya) – bürünc
Daniel Ros Qomez (İspaniya) - bürünc

Qadınlar

-49 kq çəki dərəcəsi:

Çarli Maddok (Böyük Britaniya) - qızıl
Tijana Boqdanoviç (Serbiya) - gümüş
Patimat Abakarova (Azərbaycan) - bürünc
Luçiya Zaninoviç (Xorvatiya) - bürünc

-57 kq çəki dərəcəsi:

Jade Cons (Böyük Britaniya) - qızıl
Ana Zaninoviç (Xorvatiya) - gümüş
Yave Kalvo Qomez (İspaniya) bürünc
Nikita Qlasnoviç (İsveç) bürünc

-67 kq çəki dərəcəsi:

Anastasiya Barışnikova (Rusiya) - qızıl
Fəridə Əzizova (Azərbaycan) – gümüş
Elin Yohannson (İsveç) – bürünc
Nur Tatar (Türkiyə) – bürünc

+67 kq çəki dərəcəsi:

Qleydis Epanque (Böyük Britaniya) – qızıl
Milika Mandiç (Serbiya) – gümüş
Olqa İvanova (Rusiya)- bürünc
İva Randos (Xorvatiya) – bürünc

MEDAL ALAN ÖLKƏLƏRİN SİYAHISI

Azərbaycan 5 qızıl (3 qızıl, 1 gümüş, 1 bürünc)
Böyük Britaniya 3 medal (2 qızıl, 1 bürünc)
Rusiya 5 (1 qızıl, 2 gümüş, 2 bürünc)
Portuqaliya 2 (1 qızıl, 1 bürünc)
Fransa 1 qızıl
Serbiya 2 gümüş
Xorvatiya 1 gümüş, 3 bürünc
İspaniya 1 gümüş, 3 bürünc
Polşa 1 gümüş
İsveç 2 bürünc