Dünyanın ən məşhur tikililərindən biri olan Biq Ben şokoladdan hazırlandı. ANS PRESS-in məlumatına görə, çinli rəssam bu addımı atıb.

Mişel Bibovonun yaratdığı sənət əsəri şokolad ve peçenyedəndir.

Əslində bu kompleksə göydələnlər "Shard", "Cheesegrater", "Gherkin", saat qülləsi Biq Ben, Tauer körpüsü, London müşahidə çarxı, Buqinnqham sarayı, eləcə də Battersi elektrik stansiyası daxildir.

Amma onlar elə qurulub ki, xüsusi çərcivədə bir bucaq altından baxanda qarşıda Biq Benin mənzərəsi açılır.

Bu əsərin hazırlanmasında şirniyyatın çox növündən - vafli, şokolad, zefir, bişirilmə krem, keksdən və sairədən istifadə edilib. Üzərləri isə şokoladla örtülüb. Londonun ən məşhur binalarının şokoladlı heykəlləri Parisdəki bir ticarət mərkəzi üçün hazırlanıb.

Biq Ben Londonda yerləşən zəngli saat qülləsi. Vestminster saray kompleksinin bir hissəsi. 13,5 tonluq 5 ədəd zəng çanağına malik bu saatın səsini xalq arasında "Britaniyanın səsi" adlandırırlar. Biq Ben Britaniyanın fəxri və rəmzi sayılır.

Biq Beni bəzən Müqəddəs Stefan qülləsi də adlandırırlar. Qüllə 1858-ci ildə tikilmişdir. Qüllədəki saat isə 11 iyul 1859-cu ildə işə salınıb. Qüllənin hündürlüyü 61 metrdir. Saat yerdən 55 m hündürlükdədir. Siferblatının diametri 7 m, əqrəblərinin uzunluğu 2,7 və 4,2 m-dir.

Şokoladdan Biq Ben (FOTO)
Şokoladdan Biq Ben (FOTO)