Xalq artisti, opera səhnəmizin Karmeni Fidan Hacıyeva istirahət etmək üçün İngiltərəyə yollanıb.

Səfərqabağı Publika.az-a danışan sənətçi qışın yorğunluğunu canından çıxarmaq üçün bir müddət İngiltərədə qalacağını bildirib.

Həyat yoldaşı ingilis olan sənətçi hər il yay tətilini qaynanasıgildə keçirdiyini də söyləyib: "Filip evin tək oğludur, mütəmadi olaraq anasına baş çəkir. Elə mən də uşaqlarla bərabər yayı qaynanamgildə keçirməyə üstünlük verirəm".

Milli.Az