Moskva, 27 iyun, AZƏRTAC
“Biz Ermənistanla necə rəftar etməliyik? Bəlkə burada özlərinə güzəran qurmuş ermənilərin hamısını Rusiyadan sürgün edək? Xeyr, gecdir, onların yarısı Ulyanovskda doğulub və hətta erməni dilini başa düşmür. Bəlkə Gümrüdəki bazanı dərhal oradan götürək? Bəlkə onların işığını, qazını kəsək (bunu edə bilərikmi?), buradan pul baratları göndərilməsini qadağan edək? Bəlkə əksinə, dostcasına onların qaz və işıq pulunu özümüz ödəyək? Yeri gəlmişkən, əslində belə də edirik...”.
“Qovorit Moskva” radiostansiyasının baş direktoru Vladimir Mamontov Yerevanda baş verən son hadisələri şərh edərək bu sözləri öz “facebook” səhifəsində yazıb. Jurnalistin fikrincə, ermənilərin bütün dünyadakı çoxsaylı qardaşları və qohumları, o cür xoşbəxt diyarda yaşamaqdansa, onlardan canlarını qurtarmaq üçün pul baratları göndərməyə üstünlük verirlər. Ermənilərin uzaq ellərdə şad-xürrəm yaşayan Aznavur kimi həmvətənləri Ermənistanın gələcəyinə inanmırlar, Rusiya isə Ermənsitana heç nə ilə kömək etməyəcək. Əvvəllər Ermənistanda olmuş ruslar oranı çoxdan tərk ediblər. Ona görə də qoy ermənistanlı ermənilər kimin kim olmasını özləri araşdırsınlar.
Fəridə Abbdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva