Bakı-2015 çərçivəsində keçirilən idman gimnastikası üzrə yarışların ümumi icmalını təqdim edirik.

Bakı-2015 Avropa Oyunları çərçivəsində 14-15 İyun tarixlərində idman gimnastikası üzrə yarışlar keçirildi.

Milli Gimnastika Arenasında baş tutan oyunlar idmançıalrın ağlasığmaz hərəkətləri, gözlənilməz performanslarla yadda qaldı.

Yarışlar üç müxtəlif mərhələ - komanda halında, çoxnövçülük üzrə fərdi və ayrı-ayrı hərəkətlər üzrə final mərhələsində baş tutdu.

Bakı 2015-də idman gimnastikası yarışları ilə bağlı bəzi məlumatlarla tanış olun:

İştirakçıların sayı- İdman gimnastikası üzrə 179 idmançı Milli Gimnastika Arenasına çıxıb. 90 kişi və 89 qadın yarışıb.

Kişi gimnastlar altı ayrı-ayrı hərəkətlər üzrə (sərbəst hərəkətlər, gimnastika atı, halqalar, şüvüllə tullanma, paralel qollar və turnik) yarışıblar.

Qadın gimnastlar dörd ayrı-ayrı hərəkətlər üzrə (şüvüllə tullanma, müxtəlif hündürlüklü qollar, gimnastika tiri və sərbəst hərəkətlər) mübarizə aparıblar.

Medallar - İdman gimnastikasında 14 medal sahiblərini tapıb.

Titullu idmançılar

Çində keçirilmiş 2014-cü il Dünya Çümpionatında fərdi çpxnövçülük və ayrı-ayrı hərəkətlər ürə medal qazanmış 15 gimnast Avropa MOK-larını təmsil edib.

Rusiyadan Aliya Mustafina - 2012-ci il Olimpiya Oyunlarında qızıl, gümüş və iki bürünc medal qazanıb,2013-cü il Avropa çempionudur.

Rusiyadan Devid Belyavskiy - 2013 çoxnövçülük üzrə Avropa çempionu, 2013 dünya çoxnövçülük çempionatının gümüş medalçısıdır.

Yunanıstandan Elefzeriyos Petrouniyas - 2015 Avropa Çempionatının qalibidir.

Böyük Britaniyadan Nayl Vilson - gənclər arasında beşqat Avropa Çempionudur.

İsveçrədən Culiya Staynqruber - Avropa Çempionudur. 2013-cü ildə İsveçrə bank tərəfindən ilin idmançısı seçilib. Neft texnologiyası şirkətinin 2015-2016-cı illərdə rəsmi səfiridir.

Ukraynadan Oleq Vernyayev - 2015-ci il çoxnövçülük üzrə Avropa Çempionudur.

Maraqlı məqamlar

Türkiyədən İbrahim Çolak (Avropa Oyunlarının bürünc medalçısı) çoxnövçülük üzrə finalda zədə aldığına görə, zəif çıxış edib. Amma finaldan imtina etməyib. O, arenaya çıxmazdan öncə iynə vurdurub, bandajla performansını tamamlayaraq üçüncü yeri qazanıb.

Qaliblərin siyahısı

KİŞİLƏR

Fərdi çoxnövçülük:

Oleq Vernyayev (Ukrayna) - qızıl
Oleq Stepko (Azərbaycan) - gümüş
Nikita İqnatyev (Rusiya) - bürünc

Turnik yarışları:

Oleq Vernyayev (Ukrayna) - qızıl
Vlasios Maras (Yunanıstan) - gümüş
Nikita İqnatyev (Rusiya) - bürünc

Paralel qollar yarışı:

Oleq Stepko (Azərbaycan) - qızıl
David Belyavskiy (Rusiya) – gümüş
Marius Daniel Berbekar (Rumıniya) - bürünc

Şüvüllə tullanma yarışı:

Oleq Vernyayev (Ukrayna) - qızıl
Kasimir Şmit (Hollandiya) - gümüş
Oleq Stepko (Azərbaycan) - bürünc

Sərbəst hərəkətlər yarışı:

Rayderley Miqel Zapata Santana (İspaniya) qızıl
Fabian Hambuçen (GER) gümüş
David Belyavskiy (RUS) bürünc

Gimnastika atı yarışı:

Saso Beltoncelj (Sloveniya) – qızıl
Oleq Stepko (Azərbaycan) - gümüş
Brin Bevan (Böyük Britaniya) - bürünc

Halqalar yarışı:

Elefterios Petrounias (Yunanıstan) - qızıl
Nikita İqnatyev (Rusiya) - gümüş
İbrahim Çolak (Türkiyə) - bürünc

Komanda yarışı:

Rusiya – qızıl
Ukrayna – gümüş
Azərbaycan - bürünc

QADINLAR

Fərdi çoxnövçülük finalı:

Aliya Mustafina (Rusiya) - qızıl
Culiya Ştaynqruber (İsveçrə) - gümüş
Lieke Vevers (Hollandiya) bürünc

Şüvüllə tullanma yarışları:

Culiya Ştaynqruber (İsveçrə) – qızıl
Seda Tutxalyan (Rusiya) - gümüş
Liza Top (Hollandiya) – bürünc

Müxtəlif hündürlüklü qollar yarışı:

Aliya Mustafina (Rusiya) - qızıl
Sofi Şeder (Almaniya) - gümüş
Andrea İridon (Rumıniya) - bürünc

Gimnastika tiri yarışları:

Lieke Vevers (Hollandiya)- qızıl
Andrea İridon (Rumıniya) - gümüş
Culiya Ştaynqruber (İsveçrə)- bürünc

Sərbəst hərəkətlər finalı:

Culiya Ştaynqruber (İsveçrə) - qızıl
Aliya Mustafina (Rusiya)- gümüş
Liek Vevers (Hollandiya) - bürünc

Komanda yarışları:

Rusiya - qızıl
Almaniya - gümüş
Hollandiya - bürünc