Miladi: 28 iyun 2015
Hicri: 11 Ramazan ayı 1436

İlin 179-cü günü
İlin sonuna 186 gün qalır

Bu günün namaz vaxtları

Fəcr - 04.42
Günəş - 06.12
Zöhr - 13.47
Əsr - 18.27
Məğrib – 21.31
İşa – 23.19

1842-ci ildə maarifçi-pedaqoq Həsən Bəy Zərdabi anadan olub

1914-cü ildə aktrisa Barat Şəkinskaya anadan olub

1914-cü ildə Qavrilo Prinsip Avstriya taxt tacının varisi Frans Ferdinandı Sarayevoda öldürüb

1926-cı ildə dövlət xadimi, 1970-78-ci illərdə azərbaycan SSRİ-in daxili işlər naziri olmuş Arif Heydərov anadan olub

1945-ci ildə Türkiyənin tanınmış aktrisası, “Şərqin Elizabet Teyloru” adlandırılan Türkan Şoray dünyaya gəlib

1967-ci ildə İsrail Şərqi Qüdsü işğal edib

1996 - Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Bürosu Azərbaycana "xüsusi dəvət edilmiş qonaq" statusunun verilməsi barədə qərar qəbul edib. Azərbaycan parlamenti Avropa Şurasında "xüsusi dəvət edilmiş qonaq" statusu almaq üçün quruma 1992-ci ilin yanvarında müraciət etmişdi.

1997-ci ildə məşhur boksçu Mayk Tayson rinqdə Holifildin qulağını dişləyib

2000 - AŞPA-nın yay sessiyasında Azərbaycanın Avropa Şurasına üzvlüyü barədə tövsiyə qərarı qəbul edilib. AŞPA Siyasi Komitəsinin Azərbaycan üzrə məruzəçi Cak Bomelin (Fransa) hesabatı üzrə keçirilmiş səsvermədə 120 nəfər lehinə, 1 nəfər əleyhinə, 5 nəfər bitərəf olmaqla Azərbaycanın Avropa Şurasının tamhüquqlu üzvlüyünə qəbul edilməsinə dair müsbət rəy verilib.