Azərbaycan, Bakı, 28 iyun /Trend, müxbir Hüseyn Vəliyev/

“Bakıda I Avropa Oyunları ən yüksək səviyyədə təşkil olunub”. Bu barədə Trend-ə Macarıstan komandasının üzvü Qabor Xorvat deyib.

O bildirib ki, I Avropa Oyunları çərçivəsində üzgüçülük, boks və çimərlik futbolu yarışlarında iştirak edib.

Q.Xorvat qeyd edib ki, Atletlər kəndi də onun yaddaşında gözəl təəssüratlarla qalıb: “İlk dəfədir Bakıdayam. Şəhəriniz çox xoşuma gəldi. Dostlarıma bu şəhərə səyahət etməyi məsləhət görəcəyəm”.

O bildirib ki, gələcəkdə Azərbaycanda başqa yarışlarda da iştirak etmək istərdi.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az