Azay Quliyev QHT-lərin fəaliyyətinə qiymət verdi

Azay Quliyev QHT-lərin fəaliyyətinə qiymət verdi
11:57 22 Yanvar 2015
84 Sosial
Ölkə mətbuatı
A- A+

“2014-cü il Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının fəaliyyəti yerinə yetirilən layihələrin aktuallığı və effektivliyi baxımından özünəməxsus uğurları ilə seçilib. Ötən il ərzində Şura iki maliyyə yardımı müsabiqəsi elan edib”. Trend xəbər verir ki, bunu Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev bu gün Şuranın 2014-cü ilin yekunlarına həsr olunmuş hesabat konfransında deyib.

Onun sözlərinə görə, ötən il ərzində Şura tərəfindən elan edilmiş maliyyə yardımı müsabiqələrində yerli QHT-lərin 386 layihəsinə ümumilikdə 2 milyon 929 min manat büdcə vəsaiti ayrılıb. Yerinə yetirilmiş layihələr çərçivəsində 640 təlim, 287 seminar keçirilib, 23 kitab, 8 film, 5 sayt hazırlanıb.

Millət vəkili həmçinin vurğulayıb ki, QHT-lər keçən il ərzində Avropanın müxtəlif şəhərlərindəki universitetlərdə Qarabağ guşəsi yaradıb, Qarabağ probleminin həllinə mane olan cəhətləri açıqlayıblar: “13 xarici ölkədə 27 layihə icra edilib, Azərbaycan həqiqətləri, mədəniyyəti təbliğ edilib. Xocalı soyqırımı haqqında dünya ictimaiyyəti xarici QHT-lər vasitəsilə məlumatlandırılıb”.

Ötən maliyyələşmə ilində QHT-lər maarifləndirici tədbirlərə daha çox üstünlük verib.

A.Quliyev qeyd edib ki, aparılan böyük işin axarında dəyişmələr, məsələlərə yeni yanaşmalar həmişə olacaq, dəyişilməz bir şey varsa, o da doğma Vətənimizin və xalqımızın milli maraqları, dövlətlərimizin bu maraqlar naminə hər kəs üçün ortaya qoyduğu məsuliyyətdir: "Şura Azərbaycanda vətəndaş cəmiyyətinin möhkəmləndirilməsinə bilavasitə məsuliyyət daşıyan qurumlardan biri kimi əldə etdiyi nailiyyətləri daim artırmaq, ölkəmizin haqq səsinin dünyada eşidilməsinə böyük ictimai dəstəyi təmin etmək əzmindədir. İnanırıq ki, bütövlükdə ölkə QHT-ləri bu məsuliyyətə və şərəfə layiq fəaliyyətlə daim irəlidə addımlayacaqlar".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR