Bakı, 28 iyun, Pərvanə Rəhimova, AZƏRTAC
Çox gərgin oyun idi. Amma davam gətirdik, qatlaşdıq və qələbə qazandıq. Çox sevindirici haldır. Məqsəd qalib gəlmək idi. Doğrudur, qızıl medala ümid bəsləyirdik, amma bürünc də pis deyil. Bu, bizim üçün əhəmiyyətli qələbədir.
Bu sözləri voleybol üzrə kişilərdən ibarət Rusiya yığmasının kapitanı Dmitri Kovalyov jurnalistlərə müsahibəsində söyləyib.
D.Kovalyov Polşa yığmasının güclü komanda olduğunu vurğulayaraq deyib: "Bütövlükdə çempionata güclü və hazırlıqlı komandalar qatılıb. Cədvəl gərgin idi, amma Avropa Oyunlarının yaxşı təşkil olunması bəzi məqamları sadələşdirirdi. Sağ ol, Bakı".