Ermənistan Silahlı Qüvvələri cəbhədə itki verib

12:07 22 Yanvar 2015
177 Sosial
Ölkə mətbuatı
A- A+

[ 22 Yanvar 2015 12:00 ]

Bakı. Rəşad Süleymanov – APA. Cəbhə xəttində provokasiya yaratmağa cəhd göstərən Ermənistan Silahlı Qüvvələri yenidən itki verib.

APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, ötən gün axşam saatlarında Ermənistanın Tavuş rayonunda, Azərbaycanla sərhəddə yerləşən hərbi hissənin hərbi qulluqçusu Arman Udumyan Azərbaycan hərbçiləri tərəfindən məhv edilib.

 

1980-cı il təvəllüdlü A. Udumyan Ermənistan Ordusunda müqavilə əsasında xidmət edirmiş.

 

Qeyd edək ki, erməni tərəfinin rəsmi təsdiq etdiyi məlumatlara görə, Ermənistan Silahlı Qüvvələri yanvarın 3-dən cəbhədə  9 hərbçisini itirib, 4 hərbçi ağır yaralanıb. Erməni tərəfi Dağlıq Qarabağdan olan və buradakı silahlı dəstələrə cəlb olunmuş ermənilər arasında itkilər barədə məlumat vermir.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/369943

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR