ANS PRESS-in məlumatına görə, bunu Azərbaycanın birinci xanımı, Bakı-2015 Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva birinci Avropa Oyunlarının rəsmi bağlanış mərasimində çıxışı zamanı deyib.
Mehriban Əliyeva qeyd edib ki, artıq ilk Avropa Oyunları başa çatır: "Ötən 17 gün Azərbaycanın tarixində əlamətdar və yaddan çıxmaz günlər oldu. Biz ilk Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən fərəhlənirik, qürur hissi duyuruq ki, Azərbaycan öz üzərinə götürdüyü öhdəliyi cəmi 2 il yarım ərzində reallığa çevirdi və ən yüksək standartlara uyğun idman tədbirini keçirdi".