Azərbaycanlı modelin əri tanınmaz halda (FOTO)

Azərbaycanlı modelin əri tanınmaz halda (FOTO)
12:16 22 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycanlı model Günay Musayeva ilə ayrılıq qərarı alan tanınmış türk aktyoru Tolqa Karel tanınmaz hala düşüb. ANS PRESS-in Türkiyənin "Hürriyət" qəzetinə istinadla verdiyi məlumata görə, o, uzun fasilədən sonra üzə çıxıb.

Nişantaşında görünən aktyor görüntüsü ilə təəccübləndirib.

Belə ki, boşanma qərarı və buna görə də evini satışa çıxarması barədə xəbərləri ilə gündəmə gələn aktyor sürətlə arıqlayıb. Xeyli çəki itirən aktyor yorğun və gözlərinin altı şişmiş görüntüsü ilə diqqət çəkib.

Xatırladaq ki, cütlüyün boşanması ilə bağlı söz-söhbət bir necə dəfə yayılıb. Model və aktyor hər dəfə deyilənləri təkzib edib, yünidən birlikdə görüntülənib. Lakin bir müddət öncə onlar evlərini ayırıblar.
G. Musayeva artıq bir evdə yaşamadıqlarını özü də təsdiqləyib.

"Bu mövzu haqqında danışmaq istəmirəm. Evləri ayırdığımız doğrudur. Mən Maslakdə qalıram. Oğlum Cahangir ilə biz belə xoşbəxtik. Allah hər kəsin yolunu açıq etsin".

Cütlüyün Cahangir adında bir oğlu var.




Mənbə
ANS PRESS


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR