Gəncədə qaynatası, qaynanası və qaynına bıçaqla xəsarət yetirmiş Gəncə şəhər sakini İntiqam Rəhimov tutulub.

Trend-in Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata yanvarın 21-də Gəncə şəhərində yaşayan Fərail Abbasovun yaşadığı evə gəlmiş kürəkəni - şəhər sakini İntiqam Rəhimov münaqişə zəminində F.Abbasova, onun arvadı Xublara və oğlu Təbrizə bıçaqla xəsarət yetirib hadisə yerini tərk edib.

Kəpəz RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Rəhimov tutulub.

Milli.Az