Bakı, 29 iyun, AZƏRTAC
"Kapital Bank" müştərilərinə ilk yeni konsepsiyalı filialını təqdim edib.
Bankdan AZƏRTAC-a bildiriblər ki, tamamilə yeni dizaynı olan bu filialda müştərilərin rahatlığı üçün gözəl şərait yaradılıb. Yeni konsepsiyalı filialda növbə tənzimləyicisi, ödəniş aparatları, bir neçə bankomat, o cümlədən ödəniş qəbul edən bankomat yerləşdirilib.
Qeyd edək ki, filial Xətai rayonu, Sarayevo küçəsi 7Q ünvanında fəaliyyət göstərir. Bu il ərzində daha bir neçə yeni konsepsiyalı filialın müştərilərin ixtiyarına verilməsi planlaşdırılıb.
