Milyonçu yol qəzasında öldü

Milyonçu yol qəzasında öldü
13:31 22 Yanvar 2015
214 Dünya
Ölkə mətbuatı
A- A+

Qazaxıstanın tanınmış iş adamı, “Altyn Group Kazakhstan” şirkətlər qrupunun sahibi Baurjan Asaubayev yol qəzasında ölüb.

ANS PRESS-in məlumatına görə, milyonçunun “Lexus” markalı maşın iri yük avtomobili ilə toqquşub.

Hadisə Almatı vilayətinin Jambıl rayonunun Uzınaqaş qəsəbəsinin yaxınlığında baş verib.

Asaubayev aldığı yaralardan yerində keçinib. Onun sürücüsü reanimasiyaya yerləşdirilib. İlkin versiyaya görə, milyonçunun 30 yaşlı sürücüsü “Lexus”un idarəsini itirib.

“Forbes” Asaubayev ailəsinin kapitalını $280 mln. səviyyəsində qiymətləndirib.
Mənbə
ANS PRESS


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR