[ 01 İyul 2015 12:51 ]
Bakı. Şəhriyar Əlizadə - APA. Bu il oktyabrın 2-də Bakıda “Fərdi şikayət əsasında insan hüquq və azadlıqlarının Konstitusiya Məhkəməsi tərəfindən qorunması” mövzusunda tədbir keçiriləcək.
APA-nın Avropa Şurası Venesiya Komissiyasının saytına istinadən verdiyi məlumata görə, tədbir Azərbaycan Konstitusiya Məhkəməsinin 20-ci ildönümünə həsr olunub.
Tədbirin təşkilatçısı Azərbaycan Konstitusiya Məhkəməsi və Venesiya Komissiyasıdır.