Azərbaycan MN: Ermənistan Müdafiə Nazirliyi yalan məlumatlar yaymaqda davam edir

16:42 22 Yanvar 2015
162 Sosial
Ölkə mətbuatı
A- A+

[ 22 Yanvar 2015 16:37 ]

"Azərbaycan Silahlı Qüvvələrinin bölmələri heç bir itki verməyib"

Bakı. Rəşad Süleymanov – APA. Ermənistanın KİV-in bu ölkənin Müdafiə Nazirliyinə istinadən yanvarın 22-ə keçən gecə Silahlı Qüvvələrimizin bölmələri tərəfindən cəbhədə təxribat törədilməsi və itki verməyimiz barədə yaydıqları məlumatlar yalandır.

 

Bu barədə APA-ya Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

 

Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan Silahlı Qüvvələrinin bölmələri heç bir itki verməyib: “Azərbaycan əsgəri cəsarətlə düşməni məhv edərək, bütün cəbhə boyu əməliyyat şəraitinə tam nəzarət edir”.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370014

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR