Dirk Kuyt karyerasını "Feyenoord"da davam etdirəcək.

Metbuat.az "Feyenoord"un rəsmi "Twitter" hesabına istinadən xəbər verir ki, hücumçu artıq yeni iş yerində ilk məşqinə çıxıb.

Xatırladaq ki, hollandiyalı futbolçu "Feyenoord"dan öncə "Fənərbağça"da çıxış edirdi.

2014-15 mövsümündə Türkiyə Superliqasında 32 matçda meydana çıxan Kuyt 8 dəfə fərqlənməklə yanaşı, 1 assist vermişdi.

34 yaşlı forvard 2003-2006-cı illər aralığında "Feyenoord" forması geyinib.

Dirk Kuyt yeni komandasıyla ilk məşqinə çıxdı (FOTO)