Türkiyə Çanaqqala vilayətinin Ayvacık rayonuna bağlı Kiçikkuyu bölgəsində qeyri-adi hadisə baş verib. ANS PRESS-in məlumatına görə, ailəsinin səhlənkarlığı nəticəsində dənizin ortasına doğru sürüklənən 10 aylıq körpə sahil təhlükəsizlik qüvvələri tərəfindən xilas olunub.

Türkiyədə dənizə düşən körpəni Yunanıstan yolunda tapdılar (FOTO, VİDEO)

Kiçiksu bələdiyyəsinə aid xalq çimərliyinə gedən İlgın ailəsi 10 aylıq uşaqları Melda İlgını “dəniz simiti” adlı xilas edici dairənin ortasına yerləşdirərək dənizə buraxıblar. Ailənin səhlənkarlığı və küləyin təsiri ilə körpə sahildən uzaqlaşmağa başlayıb.

Türkiyədə dənizə düşən körpəni Yunanıstan yolunda tapdılar (FOTO, VİDEO)

Ətrafda olanlar körpəni xilas etməyə çalışsalar da müvəffəq ola bilməyərək sahil təhlükəsizlik qüvvələrinə xəbər veriblər. Kiçikkuyu limanından hərəkət edən “TCSG-8” sürət qayığı körpəni Yunanıstanın Midilli adası istiqamətində sürüklənərkən aşkarlayıblar.

Türkiyədə dənizə düşən körpəni Yunanıstan yolunda tapdılar (FOTO, VİDEO)

Türkiyədə dənizə düşən körpəni Yunanıstan yolunda tapdılar (FOTO, VİDEO)

Sahil təhlükəsizlik qüvvələrinin əməkdaşı tərəfindən dənizdən çıxarılan körpə ailəsinə təhvil verilib.

Türkiyədə dənizə düşən körpəni Yunanıstan yolunda tapdılar (FOTO, VİDEO)