Berlin, 4 iyul, AZƏRTAC
Almaniyanın sabit xarici işlər nazirləri - Yoşka Fişer və Hans–Ditrix Genşer yunanları iyulun 5-də keçiriləcək referendumda islahatlara səs verməyə çağırıblar. Y. Fişer "Berliner Zeitung" qəzetinə müsahibəsində deyib: "Yunanıstan Avropanın tərkib hissəsidir". Referendumda "hə" demək Avropaya və avroya "hə" deməkdir. Bütün digər variantlar, xüsusən, "yox" cavabı fəlakət doğuracaq.
H.D.Genşer bildirib ki, referendumun Avropa yönümlü nəticəsi bütün tərəfdaşlara kömək edəcək və ümumi iqtisadi artım strategiyası barədə kompromislərin işlənib hazırlanmasına imkan yaradacaq.
Alman biznesi də beynəlxalq kreditorların tələblərinə münasibət ilə bağlı iyulun 5-də Yunanıstanda keçiriləcək referendumun müsbət nəticələcəyinə ümid bəsləyir. Almaniya Federal Ticarət-Sənaye Palataları Birliyinin (DIHK) prezidenti Erik Şvaytser dpa agentliyinə müsahibəsində deyib: "Bizim narahatlığımızı doğuran əsas məsələ budur ki, yunanlar “yox” desələr, nə olacaq”.
H.D.Şvaytser Almaniya müəssisələrini referendumun nəticəsindən asılı olmayaraq, Yunanıstanla işgüzar əlaqələri kəsməməyə çağırıb. O deyib: "Sözsüz ki, işgüzar əlaqələri daim ödəmələrdə yaranan çətinliklər səbəbindən dəstəkləmək qeyri-mümkündür, lakin onları imkan daxilində qorumaq lazımdır".
DIHK-in başçısı Aleksis Siprasın başçılıq etdiyi Yunanıstan hökumətini manevrlər nəticəsində ölkəni dərin sosial böhrana sürükləməkdə təqsirləndirib. O bildirib ki, bu siyasəti anlaya bilmir, çünki nəticədə Yunanıstan iqtisadiyyatın vəziyyəti daha da pisləşəcək.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
AFR-in sabiq xarici işlər nazirləri yunanları islahatları dəstəkləməyə çağırıblar