Azərbaycanlı hakim-inspektor Asim Xudiyev avrokubok oyununa təyinat alıb.

Goal.az xəbər verir ki, həmyerlimiz Avropa Liqasının ilkin təsnifat mərhələsinin cavab oyununda ədaləti təmsil edəcək.

O, "Jelezniçar" (Bosniya və Herseqovina) - "Balsan" (Malta) oyununun hakim-inspektoru vəzifəni yerinə yetirəcək. Bu görüş iyulun 9-da Sarayevo şəhərindəki "Asim Ferhatoviç Has" stadionunda keçiriləcək.

Milli.Az