Mədəniyyət və Turizm Nazirliyində kollegiya iclası keçirilib

12:07 26 Dekabr 2014
Ölkə mətbuatı
A- A+

[ 26 Dekabr 2014 12:03 ]

Bakı. Cavid Zeynallı - APA. Mədəniyyət və Turizm Nazirliyinin aparat işçilərinin və nazirliyin strukturuna daxil olan qurumların rəhbər şəxslərinin iştirakı ilə kollegiya iclası keçirilib.

 

APA-nın məlumatına görə, iclasda mədəniyyət və turizm naziri Əbülfəs Qarayev prezident İlham Əliyevin sərəncamları ilə fəxri adlara layiq görülən mədəniyyət işçilərinə mükafatlar təqdim edib.


Nazir bu il Azərbaycanda keçirilən mədəniyyət tədbirlərindən, Azərbaycan mədəniyyətinin təbliği istiqamətində görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıb.

Ə.Qarayev görülən işlər, əldə olunan uğurlarla yanaşı, mövcud problemlərdən də söz açıb. Bildirib ki, nazirlik yerlərdə turizm xidmətlərinin inkişafına daha çox diqqət yetirməlidir.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367332

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR