[ 07 İyul 2015 13:31 ]



Bakı. Fərid Mirzəyev – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2014-2015-ci tədris ilində ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul üçün I və IV qruplar üzrə keçiriləcək imtahanda iştirak edəcək abituriyentlərə “İmtahana buraxılış vərəqəsi”nin verilməsinə başlayıb. Komissiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, abituriyentlər TQDK-nın saytında müvafiq sistemə daxil olaraq “İmtahana buraxılış vərəqəsi” çap edib götürməlidirlər.

“İmtahana buraxılış vərəqəsi” olmadıqda abituriyentlər imtahana buraxılmır.

Qeyd edək ki, I və IV qruplar üzrə qəbul imtahanı iyulun 14-də keçiriləcək.