Bakı, 7 iyul, AZƏRTAC
“Türk Hava Yolları”na məxsus Bankok-İstanbul aviareysini həyata keçirən sərnişin təyyarəsi Nyu Dehli hava limanına məcburi eniş edib.
AZƏRTAC “Anadolu” İnformasiya Agentliyinə istinadən bildirir ki, təyyarə Taylandın paytaxtı Banqkokdan qalxdıqdan 3 saat sonra tualetində üzərində “bomba” sözü yazılmış bir kağız tapılıb. Dərhal təyyarə kapitanı Hindistanın paytaxtı Nyu Dehlidəki hava limanına məcburi eniş etmək üçün icazə istəyib. İcazə alındıqdan sonra təyyarə hava limanına eniş edib.
Təyyarə təhlükəsizlik əməkdaşları tərəfindən nəzarətə götürülüb. Sərnişinlər aeroportun gözləmə terminalına aparılıb. Təyyarədə bomba axtarışları davam edir.