[ 07 İyul 2015 18:11 ]



Bakı. Fuad Cəfərov - APA. Bakıda ruhi xəstə özünə xəsarət yetirib.

Xətai Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Sarayevo küçəsi ev 14, mənzil 10-da qeydə alınıb.

Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Elcan Elşən oğlu Əliyev dəmir parçası ilə özünə daxilə nüfuz edən xəsarətlər yetirib.

E. Əliyev ağır bədən xəsarətləri ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Polisdən E. Əliyevin ruhi xəstə olduğu bildirilib.