Türkiyənin tanınmış aktrisası Özgü Namalın hamilə fotosu yayılıb.

ANS PRESS-in məlumatına görə, son mövsümdə “Yetenek sizsiniz” tele-şousunda münsiflər heyətinin üzvü olan Namalın fotosu “Gaye Sökmen” agentliyinin instaqram səhifəsində yayılıb.

Aktrisanın şəklinin altında isə, “Nəfəsə son 2 ay” – yazılıb.

Qeyd edək ki, bir müddət əvvəl Özgü Namalın hamilə olması barədə xəbərlər yayılsa da aktrisa körpənin atası barədə açıqlama verməyib.

Məşhur aktrisanın hamilə fotosu yayıldı (FOTO)
Mənbə
ANS PRESS