Bakı, 8 iyul, AZƏRTAC
9 iyul – Azərbaycanda diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı ilə əlaqədar “TuranBank” iyulun 9-da, 10-da və 13-də bankın mövcud istehlak kreditlərinin illik faizlərində 3 faiz endirim edir.
Bankdan AZƏRTAC-a bildiriblər ki, göstərilən tarixlərdə “TuranBank”ın istənilən filialına müraciət etməklə endirimlərdən yararlanmaq olar. Kredit faizlərində endirim bankın müxtəlif peşə sahibləri üçün nəzərdə tutulan endirimli kampaniyaları çərçivəsində həyata keçirilir.