Bakı, 8 iyul, AZƏRTAC
Banqkok-İstanbul aviareysini həyata keçirən və bomba həyəcanı ilə Nyu Dehli beynəlxalq hava limanına məcburi eniş edən “Türk Hava Yollarına” məxsus təyyarədə təhlükəsizlik əməkdaşları tərəfindən axtarış aparılıb və heç bir partlayıcı maddə tapılmayıb.
AZƏRTAC “Anadolu” İnformasiya Agentliyinə istinadən məlumat verir ki, “Türk Hava Yolları”na məxsus sərnişin təyyarəsi Nyu Dehli hava limanında təhlükəsizlik əməkdaşları tərəfindən yoxlanılıb və heç bir partlayıcı maddəyə rast gəlinməyib. Təyyarədən təxliyə edilən sərnişinlər həmin təyyarə ilə İstanbula yola salınıb.