Türkiyədə Tayland konsulluğu hücuma məruz qaldı (FOTO, VİDEO)
Paylaş
66 baxış·1 dəq oxu
Bu gecə Tailandın Türkiyənin İstanbul şəhərindəki konsulluğu hücuma məruz qalıb. ANS PRESS-in məlumatına görə, yerli vaxtla saat 23.00-də (Bakı vaxtıyla 01.00) konsulluğun qarısında toplaşan qrup burda mətbuata açıqlama veriblər. Aksiyaçılar rəsmi Bankokun onlara sığınan şərqi türküstanlı uyğur türklərini Çinə ekstradisiyasına etirazlarını bildiriblər. Bundan sonra konsulluğun həyətinə girən etirazçılar Tailandın dövlət bayrağını dirəkdən endiriblər. Bununla kifayətlənməyən qrup üzvləri konsulluq binasını daşa basaraq pəncərələrini sındırıb və binanın içinə giriblər. Aksiyaçılar binada ələ keçirdikləri sənədlərin olduğu qutuları və dosyeləri həyətə atıblar. Ətrafdan sakinlərin xəbər verməsi ilə hadisə yerinə gələn polis əllərində uyğur bayrağı olan aksiyaçılar konsulluq binasından uzaqlaşdırıblar.
Qeyd edək ki, ötən gün Tailand hökuməti ölkəsinə sığınan, aralarında qadın və uşaqların da olduğu 250-yə yaxın uyğur türkünü avtobuslarla Çinə yollayıb.