Cəbhədə iki erməni hərbçi məhv edilib

11:27 23 Yanvar 2015
170 Sosial
Ölkə mətbuatı
A- A+

[ 23 Yanvar 2015 11:23 ]

Bakı – APA. Bu gün səhər Azərbaycan-Ermənistan sərhədində 2 erməni hərbçi məhv edilib.

APA-nın “news.am” saytına istinadən verdiyi məlumata görə, hadisə Ermənistanın Tavuş vilayətinin Berd rayonu ərazisində baş verib.

 

Atışma zamanı Ermənistan Silahlı Qüvvələrinin leytenantı Karen Qalstyan və sıravi Artak Sarkisyan öldürülüb.

 

Qeyd edək ki, son günlər cəbhədə vəziyyət xeyli gərginləşib. Erməni tərəfi itkilər verdiyini təsdiqləsə də, Azərbaycan Müdafiə Nazirliyi ordumuzun heç bir itki vermədiyini, bütün cəbhə boyu əməliyyat şəraitinə tam nəzarət etdiyini açıqlayıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR