Bakı, 23 yanvar, İ.Əsədov, T.Ağayeva, AzərTAc
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya və Geofizika İnstitutunda Yer Elmləri Bölməsinin (YEB) 2014-cü ildəki fəaliyyətinə həsr olunan hesabat yığıncağı keçirilib.
AzərTAc xəbər verir ki, tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə, YEB-nin elmi müəssisə və təşkilatlarının rəhbərliyi, bölmə üzrə mühüm nəticələrin icraçıları iştirak edirlər.
Tədbirdə YEB-nin akademik-katibi, AMEA-nın müxbir üzvü Fəxrəddin Qədirov çıxış edərək bölmədə görülən işlər barədə məlumat verib.
Bildirilib ki, 2014-cü ildə bölmə üzrə prioritet istiqamətlərdə tədqiqatlar aparılıb, alınmış nəticələrin bir çoxu “Thomson Reuters” agentliyinin bazasına daxil olan impakt faktorlu jurnallarda dərc olunub.