Somalidə fəaliyyət göstərən "Harakat əş Şəbab əl Mücahidin" ("Əl Şəbab") terror qruplaşması "İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatına qatılmaq niyyətindədir.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, "Əl Şəbab"ın rəhbərləri bu həftənin əvvəllərində Somalidə gizli toplantı keçirərək bu barədə qərar qəbul ediblər.

Beləcə, İŞİD Afrikanın şərqində də fəaliyyətə başlayacaq.

"Əl Şəbab" ötən ay Somalidə 150 terakt və hücumu gerçəkləşdirib.

Somali ərazisinin bir hissəsinə tam nəzarət edən "Əl Şəbab" ötən ay Huluqo və Mandera şəhərlərinə də hücum edərək 50 hərbçini qətlə yetirib.

"Əl Şəbab" tək Somalidə yox, qonşu Keniya, Efiopiya və Tanzaniyada da "Xilafət" qurmaq istəyir.

Milli.Az

"Əl Şəbab" da İŞİD-ə qoşulur - FOTO
"Əl Şəbab" da İŞİD-ə qoşulur - FOTO
"Əl Şəbab" da İŞİD-ə qoşulur - FOTO
"Əl Şəbab" da İŞİD-ə qoşulur - FOTO
"Əl Şəbab" da İŞİD-ə qoşulur - FOTO
"Əl Şəbab" da İŞİD-ə qoşulur - FOTO
"Əl Şəbab" da İŞİD-ə qoşulur - FOTO
"Əl Şəbab" da İŞİD-ə qoşulur - FOTO
"Əl Şəbab" da İŞİD-ə qoşulur - FOTO
"Əl Şəbab" da İŞİD-ə qoşulur - FOTO
"Əl Şəbab" da İŞİD-ə qoşulur - FOTO
"Əl Şəbab" da İŞİD-ə qoşulur - FOTO