Xalq artisti Niyaməddin Musayev onu parodiya edənlərdən danışıb.
Axşam.az-ın məlumatına görə, müğənni parodiyaçıların bəzən onu çox əsəbləşdirdiklərini etiraf edib:
"Parodiya etmək özü də bir istedaddır. Müğənnini, tanınmış şəxsiyyəti parodiya edirlər. Əgər kimisə yamsılayırlarsa, demək, o adam sənətdə var. Amma bu da yerində olmalıdır. Birdən mənim danışığımı elə parodiya edirlər ki, əsəbləşirəm. Mənim heç o formada ləhcəm olmayıb. Parodiyaçıların danışıq mədəniyyətləri yoxdur. Öz ləhcələri ilə ağızlarına gələni deyirlər. Bu da adamın imicinə toxunur. Amma oxumağımı yaxşı yamsılayırlar. Buna görə onlara çox sağ ol deyirəm. Bu da bir təbliğatdır".
Milli.Az